Sosial-iqtisadi Yol Xəritəsi hazırdır

post-img

Mayın 14-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komis­siyanın “Naxçıvan Muxtar Respubli­kasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proq­ramı” üzrə əlaqələndirmə qrupunun 2024-cü il üçün Yol Xəritəsi təqdim olunacaq.

Əlaqələndirmə qrupunun bununla bağlı keçirilən toplantısında Dövlət Proq­ramının icrası çərçivəsində yeni layihələ­rin və təkliflərin komissiyanın aidiyyəti işçi qruplarının iclaslarında müzakirəyə çıxa­rılması və özəl sektor tərəfindən həmin layihələrə dəstəkləyici tövsiyələrin təqdim olunması mexanizminin təqdimatının ke­çirilməsi nəzərdə tutulur.

İclasda, həmçinin Dövlət Proqramı üzrə monitorinq və qiymətləndirmə sahə­sində görülən işlər barədə fikir mübadiləsi aparılacaq.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

İqtisadiyyat