Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Piyada əleyhinə minalar və kaset sursatlarının monitorinqinə əsasən, 2024-cü ildə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində ən azı 945 nəfər həlak olub, 4325 nəfər yaralanıb. Bu barədə BMT məlumat yayıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk çərşənbə axşamı bildirib ki, ən azı 58 ölkə və ərazi piyada əleyhinə minalarla çirklənib. Ən çox mülki itki Myanma, Suriya, Əfqanıstan və Ukraynada qeydə alınıb.
O, açıqlamasında bildirib ki, “Piyada Əleyhinə Minaların Qadağan Edilməsi Konvensiyası”nın qəbulundan təxminən 30 il sonra, bu partlayıcı qurğuların insanları öldürməyə və şikəst etməyə davam etməsi, çox vaxt onların yerləşdirilməsindən onilliklər sonra belə davam etməsi dərin narahatlıq doğurur”.
“Bütün dövlətlərin bu növ silahların istehsalına, istifadəsinə və daşınmasına son qoymaq öhdəliklərini bir daha təsdiqləməsi və artıq minalanmış ərazilərin təmizlənməsi üçün əməkdaşlıq səylərini ikiqat artırması çox vacibdir”, - deyə o bildirib.
P.ƏMİRCANOV
XQ

