2026-cı ilin ilk 5 ayı ərzində Energetika Nazirliyinə 5597 vətəndaş müraciəti daxil olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2026-cı ilin yanvar-may ayları ərzində Energetika Nazirliyinə ümumilikdə 5597 vətəndaş müraciəti daxil olub. 

Müraciətlərin 815-i məlumat, 4782-si isə icra xarakterli olub. Bunlardan 4438-i müvafiq qaydada icra edilib, 344 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib. 

Qeyd edilən dövr ərzində Nazirliyin rəhbər vəzifəli şəxsləri  tərəfindən 109 vətəndaş qəbul edilib.  Bu vətəndaşlardan 26-sı şəhid ailəsinin üzvləri, 6-sı qazi və 2-si müharibə iştirakçısı olub. Şəhid ailəsi və müharibə iştirakçılarının ümumilikdə 60 müraciətinə baxılıb, müvafiq qaydada icra edilib.

Sosial həyat