Paraüzgüçülük üzrə ilk ölkə çempionatı

post-img

Milli Paralimpiya Komitəsinin (MPK) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək.

MPK-dan verilən bildirilib ki, iyunun 18-də təşkil olunacaq çempionatda 30-a yaxın paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə qüvvəsini sınayacaq.

İlk dəfə təşkil olunan paraüzgüçülük üzrə ölkə çempionatı milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

XQ

İdman