“Politico”: Ursula fon der Leyen üçüncü müddətə namizəd olmayacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 2029-cu il seçkilərində üçüncü müddətə namizədliyini irəli sürməyəcək. Bunu “”Politico" iki mənbəyə istinadən bildirib. 

Nəşrin məlumatına görə, Ursula fon der Lyayenin sağ əli, onun kabinet rəhbəri Björn Seibert yüksək vəzifəli məmurlarla keçirilən xüsusi şam yeməyində Aİ prezidentinin səlahiyyət müddətinin uzadılmasını tələb etməyəcəyini bildirib. Mənbələr qeyd ediblər ki, bu açıqlama agentliyin departamentlərinin yenidən qurulması zamanı hakimiyyətin Aİ prezidentinin əlində mərkəzləşdirilməsi planları ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün edilib. Mediada yer alan məlumatlara görə, Aİ prezidenti Kaja Kallasın rəhbərlik etdiyi xarici fəaliyyət xidmətində islahatlara başlaya bilər.

Avropa Komissiyasının sözçüsü də “Politico”nun Ursula fon der Leyenin üçüncü müddətə namizədliyini irəli sürmək planları ilə bağlı sualına eyni cavabı verib.

Ursula fon der Leyen 2019-cu ildə Avropa Komissiyasının prezidenti vəzifəsinə başlayaraq, Avropa İttifaqı tarixində bu vəzifəni tutan ilk qadın olub. O, 2024-cü ildə yenidən beş illik müddətə seçilib. 2029-cu ilə qədər olan müddətdə Avropa Komissiyası prezidentinin prioritetlərindən biri AB-nin müdafiə qabiliyyətini gücləndirmək, müdafiə xərclərini artırmaq və hərbi potensialını artırmaqdır.

P.ƏMİRCANOV
XQ

Dünya