Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qadınlardan ibarət Azərbaycan yığma tennis komandası San-Marinoda keçirilən Billie Jean King Cup turnirində mübarizəyə başlayıb.
Ölkəmizi bu mötəbər yarışda Lalə Eyvazova, Mədinə Babayeva və Mişel Cahangirova təmsil edirlər.
Yığma komandamızın məşqçisi isə Rauf Eyvazovdur.
Tennisçilərimizə və məşqçilər heyətinə qarşıdakı oyunlarda uğurlar arzulayır, qələbə xəbərlərini səbirsizliklə gözləyirik!
Qabil YUSİFOĞLU
XQ

