Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
14 iyundan etibarən basketbol üzrə
oglanlardan ibarət U-20 millimiz, Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Anar Sarıyevin rəhbərlik etdiyi millimiz, təlim-məşq toplanışında Gürcüstanın U-18 və U-20 yığma komandaları ilə iki yoldaşlıq oyunu keçirib.
Gürcüstan U-20 - AZE U-20 (69:75), Gürcüstan U-18 - AZE U-20 (64:86).
Millimizin bu gün yekunlaşmış hazırlıq prosesində əsas məqsəd, 10-19 iyul Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.
Qabil YUSİFOĞLU
XQ



