“Milli nəğmələr” kitabı nəşr olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Asif Rüstəmlinin transfoneliterasiya etdiyi “Milli nəğmələr” kitabı nəşr olunub. 

“Milli nəğmələr”in (poeziya toplusu) elmi redaktoru professor Solmaz Rüstəmova-Tohidi, transfoneliterasiya redaktoru Səhra Rzalıdır. Zaur Hüseynovun lahiyə rəhbərliyi ilə işıq üzü görən toplu ilk dəfə 1919-cu ildə Mirzəzadə tərəfindən tərtib edilərək nəşr edilib.

Kitabı nəşrə hazırlayan, ərəb qrafikasından çevirən, lüğət, qeydlər və “Cümhuriyyət ərməğanı” adlı ətraflı ön sözün müəllifi filologiya elmləri doktoru Asif Rüstəmlidir.

208 səhifədən ibarət almanaxda Azərbaycan və Türk ədəbiyyatının seçilmiş şeir nümunələri toplanıb. Hazırkı dövlət himnimizin ilk çap mətni olan Cəmo bəyin “Vətən marşı” da almanaxın ön sözündə incələnmiş, müəlliflə bağlı mübhəm məsələlərə aydınlıq gətirilmişdir. “Zərdabi-Nəşr” nəşriyyatında çap olunan kitabda anonim verilmiş 22 şeirin müəllifi müəyyən edilib, eyni zamanda kitabın ərəb qrafikasındakı əsli də yeni nəşrə əlavə olunub.

Elm