Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 248 Bakı şəhəri, 7 may 2024-cü il

“Lisenziyalar və icazələr haqqın­da” Azərbaycan Respublikasının Qa­nununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nöm­rəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969 (Cild I); 2024, № 1, maddə 77; Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ve­rildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 16-cı hissədə “qeydiyyat vəsiqə­si” sözləri “vəsiqə” sözü ilə əvəz edilsin;

1.2. 20-ci hissədə “nəqlinə” sözü “ötü­rülməsinə” sözü ilə əvəz edilsin;

1.3. 36-cı hissədən “məhsulların, o cümlədən” sözləri çıxarılsın. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 636 (Cild I); 2024, № 1, maddə 75) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbay­can Respublikasının Dövlət Gömrük Ko­mitəsinə məlumat göndərilməli olan lisen­ziyaların və icazələrin Siyahısı”nın 2.17-ci bəndində “qeydiyyat vəsiqəsi” sözləri “və­siqə” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları