Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru Fuad Kazımov yazıçı Nizami Mirzəyevin tərcüməsində Dyula Urbanın “Bütün siçanlar pendiri sevirlər” tamaşası balaca teatrsevərlərə təqdim olunub.
Yaradıcı heyəti uşaqlara dost sədaqətini, saf sevgini, vətənpərvərliyi, humanizmi təlqin edən əsəri uğurla səhnələşdirib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, icraçı rəssam Nizami Dadaşov, baletmeyster Kamil Ağayevdir. Səhnə əsərinin ilk nümayişi şənbə və bazar günlərində 6 seans ardıcıl gerçəkləşdirilib.
Teatrın direktoru Samir Şəfiyev “XQ”-yə açıqlamasında janrından, hədəf kütləsindən asılı olmayaraq, hər yeni tamaşanın sənət ocağı üçün bayram adlandırıb və səhnə əsərinə görə zəhməti olan yaradıcı heyətin səylərini təqdir edib.
XQ