Avropada dini və milli radikalizm təhlükəli miqyas alıb

post-img

Bu il martın 24-də Danimarkada “Patrioterne Gar Live” adı ilə fəaliyyət göstərən qatı radikal dəstənin üzvləri Türkiyənin Kopenhagendəki səfirliyi önündə müsəlman dini əleyhinə plakatlar fonunda müqəddəs “Quran”ın bir nüsxəsini və türk milli bayrağını yandırıblar. Aksiya adıçəkilən qrupun “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanıb. 

Bu məlun olay Türkiyə hökuməti və ictimaiyyə­ti, eləcə də dünyanın bir çox müsəlman ölkələri, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Mərakeş və Pakistan rəsmiləri, onla­rın milyonlarla əhalisi tərə­findən qətiyyətlə pislənilib. 

Qeyd etmək lazımdır ki, son vaxtlar Avroapdakı qatı millətçi qruplar söz və ifadə azadlığı bəhanəsi altında qitədə yaşayan müsəlman­lara qarşı tez-tez zorakılıq aktlarına əl atırlar. Danimar­kadakı insident də məhz bu qəbildən olan növbəti mə­şum olaydır. 

Son vaxtlar bir çox müsəlman ölkələri, xüsusilə, Türkiyə “Köhnə qitə”dəki qatı dini və milli radikalların hədəfinə tuş gəlir. Bunun əsas səbəbi isə odur ki, rəs­mi Ankara Avropanın bir çox ölkələrdə, xüsusilə İsveç­də terrorçu qruplaşmaların üzvləri və tərəfdarlarının sı­ğınacaq almalarını pisləyən bəyanatlar səsləndirir və buna son qoyulmasını tələb edir. 

Bu ilin yanvarında ikili Danimarka–İsveç vətən­daşlığı olan mühafizəkar siyasətçi Rasmus Paludan “Quran”ı iki dəfə, əvvəlcə Stokholmda Türkiyə səfir­liyi qarşısında, sonra isə Danimarka şəhərlərinin bi­rində müsəlman məscidi önündə yandırıb. Onun bu bədnam davranışı haqlı ola­raq müsəlman dünyasında qəzəb və hiddət doğurub. 

Türkiyə hökuməti, öz növbəsində, bir daha Dani­markada müqəddəs Qurana və türk bayrağına qarşı növ­bəti xain hücumları qətiy­yətlə pisləyib. Qardaş ölkə XİN-in dünən yaydığı bə­yanatda qeyd olunur ki, Ko­penhagendə Qurana və türk bayrağına növbəti dəfə heç bir əndazəyə sığmayan dini dözümsüzlük və hörmətsiz­lik nümayiş etdirilib ki, bu da yolverilməzdir. 

Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar Dani­markanın Ankaradakı səfiri Denni Annan Türkiyə XİN-ə çağırılıb və onun nəzərinə çatdırılıb ki, Ankara və ölkə ictimaiyyəti bu qanuna və mənəviyyata zidd aktı qətiy­yətlə pisləyir və buna kəskin etiraz edir. 

Bəyanatda, həmçinin qeyd olunur ki, Danimarka hakimiyyəti ən qısa müddət ərzində sözügedən cinayəti törədənlərə qarşı ciddi təd­birlər görməli və bununla da yeni təxribatların təkrar olunmasının qarşısı alınma­lıdır. 

Türkiyə XİN-in bəyana­tında deyilir: “Söz və ifadə azadlığı” devizi altında belə mənfur hərəkətlərə əl at­maq heç bir ölkəyə hörmət gətirmir. Yalnız özbaşınalıq və cəzasızlıq şəraitində bu cür təxribatlar üçün “mün­bit şərait” yaranır. Görünən budur ki, Danimarkada belə antihumanist aktlarla müba­rizədə siyasi iradə nümayiş etdirilmir, təxribatçılar adek­vat hüquqi və inzabati təd­birlərlə cəzalandırılmırlar.

Sənəddə sonra vurğula­nır ki, “qitədə islamofobiya, ksenofobiya, milli ayrı-seçki­lik və rasizm geniş yayılaraq güclənmir. Belə hadisələr dünyada tolerantlığa, sivil birgəyayış normalarına və demokratik dəyərlərə ciddi zərbə vurur”. 

Türkiyənin Müdafiə nazi­ri Hulusi Akar da Danimar­kada Qurana və türk bayra­ğına qarşı törədilən təxribatı kəskin pisləyib. Bu il fevralın 6-da dəhşətli zəlzələdən ən çox ziyan çəkən bölgələr­dən biri olan Hataya Türkiyə Silahlı Qüvvələri Baş Qərar­gah rəisi Yaşar Gülən ilə bir­gə səfər edən nazir həmin hadisə ilə bağlı mövqeyini belə açıqlayıb: 

“Hesab edirəm ki, yal­nız qəlbləri çılğın qəzəb və nifrət içində olanlar, adi insani hissləri unudanlar belə vəhşiliyə əl ata bilərlər. Radikal və dini dözümsüzlü­yə göz yuman rəsmilər isə cinayətkarların ortaq yol­daşları hesab olunmalıdır. Onlar belə hallara biganə qalmaqla, faktiki olaraq təx­ribatçıları yeni ağır cinayət­lərə sövq edirlər və bununla da islamofobiyaya rəvac ve­rirlər”. 

Hulusi Akar sonda vur­ğulayıb ki, Avropada dini radikalların müsəlmanlara qarşı düşmənçilik və barbar düşüncəsi qitədə sivil və demokratik dəyərlərin aşın­masına və dağılmasına sə­bəb olur. Avropa bu barədə düşünməli və düzgün qərar qəbul etməlidir. 

M.HACIXANLI, “Xalq qəzeti”

Siyasət