Türkiyə və Azərbaycan bayraqlarını yandıran erməni vandalları mütləq cəzalandırılmalıdır

post-img

“Daşnaksütyun”partiyası tərəfindən Ermənistanın paytaxtı İrəvanda Respublika meydanında təşkil olunmuş 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü və mitinqi keçirilmişdir.

Tədbirdə Türkiyə və Azərbaycanın əleyhinə sərsəm bəyanatlar səsləndirilmiş, hər iki ölkənin bayraqları yandırılmışdır. Bu təxribatı törədənlər Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası baş naziri və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı və gözlənilən sülh sazişinini pozmağa çalışırlar.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirildiyi bir vaxtda bu addım bəzi qüvvələrin sülh prosesinə zərbə vurmaq cəhdidir. Böyük sülh müqaviləsi ərəfəsində belə təxribatla məşğul olan Ermənistandakı revanşist şəxslərə “Dəmir yumruğ”u xatırladaraq bildirirəm ki, erməni vandalları müstəqil Azərbaycanın və qardaş Türkiyə dövlətinin bayraqlarını yandırmaqla antihumanist adddım atmışlar. Bu təxribatçı əməli törədənlər mütləq cəzalandırılmalı, onlar Azərbaycan və Türkiyə xalqlarından üzr istəməlidirlər. 

Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın yenilməz Azərbaycan ordusu! Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Müzzəfər Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev!

Sərraf ORUCOV,
Azərbaycan Respublikası Beynəlmiləlçı Əlil Döyüşçülər Fondunin prezidenti, Əfqanıstan və Qarabağ müharbəsinin veteranı

 

Siyasət