Ərdoğan: Türkiyə terrorla mübarizədə Almaniyadan dəstək gözləyir

post-img

Türkiyə Almaniya hökumətindən terrorla mübarizə məsələlərində daha çox dəstək gözləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında deyib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı Ankara ilə Berlin arasında iqtisadi əməkdaşlığın perspektivlərinə də toxunub. O qeyd edib ki, Türkiyə Almaniya ilə ikitərəfli ticarətin həcmini indiki 50 milyard dollardan 60 milyard dollara çatdırmağı hədəfləyir.

Türkiyə lideri iki ölkə arasında müdafiə sənayesində məhdudiyyətlərin olmasının qəbuledilməz olduğuna da diqqət çəkib: “Ümid edirəm ki, bundan sonra Türkiyə və Almaniya xüsusən müdafiə sənayesində maneələrdən daha çox birgə istehsal layihələrini müzakirə edəcəklər”.

Prezident Ərdoğan Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi və Fələstin əhalisinə kifayət həcmdə humanitar yardımın fasiləsiz çatdırılması üçün səylərini artırmağa davam edəcəyini deyib.

P.ƏMİRCANOV
XQ

Dünya