Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.
XQ-nin məlumatına görə, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu yarışda birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Komanda eyni zamanda “AGF Trophy” kubokunun da qalibi olub.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.



