Xalq sənətlərimiz Özbəkistan sərgilərində

post-img

Özbəkistanın Mədəniyyət Nazirliyi, Fərqanə Vilayət Hakimliyi və “Hunarmand” (Dulusçuluq) Assosiasiyasının birgə layihəsi ilə bu ölkənin Kokand şəhərində II Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı, Riştan şəhərində isə Beynəlxalq Dulusçuluq Forumu keçirilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) bildirilib ki, tədbirlərə dünyanın 70 ölkəsindən gələn dulusçular, sənətşünas­lar, ekspertlər, saxsı ustaları və biznes nümayəndələri qatılıblar. Ölkəmizi bu tədbirlərdə AMM təm­sil edib. 

Kokand şəhərindəki qədim Ab­dullaxan malikanəsinin qarşısın­dakı mərkəzi parkda təşkil edilən sərgidə hər ölkənin guşəsində işti­rakçıların əl işləri nümayiş olunub.

Azərbaycana ayrılmış stenddə dəri rəssamları, miniatür və qura­ma ustaları Pərvanə və Lalə Eyyu­bovalar, ağac üzərində oyma üzrə sənətkarlar Ələkbər Məmmədov və Tofiq Əliyev öz əl işlərini nüma­yiş etdiriblər.

Guşədə Azərbaycan Mədəniy­yət Mərkəzinin kitab və suvenir­lərdən ibarət sərgisi də yer alıb. Stenddə Azərbaycanın tarixi, mə­dəniyyəti, ədəbiyyatına dair nəşr­lər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən buraxılan kitablar, Ümummilli lider Heydər Əliyevin həyat və fəa­liyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Özbəkistan Prezident Administra­siyası Sosial inkişaf departamen­tinin rəhbəri Odil Abdurahmanov qeyd edib ki, son illər bu ölkədə 100-dən çox festival və forum ke­çirilib, II Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalı isə incəsənətin, dostluğun və istedadın inkişafına xidmət edir.

Dünya sənətkarlar şurası­nın prezidenti Səad əl-Qəddumi, Fərqanə vilayətinin hakimi Hay­rullo Bazarov festivalın xalqlar arasında dostluğun möhkəmlən­məsində mühüm rol oynadığını vurğulayıblar.

Festivalın 2-ci günü Böyük İpək Yolunun üzərində olan qədim Riştan şəhərində dünyada tanınan dulusçu Əlişir Nəzirovun böyük emalatxanasında keçirilən sərgi və “XXI əsrdə dulusçuluq sənə­ti: ənənə və müasirlik” adlı konf­ransda da Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Həm Ko­kand, həm də Riştan şəhərlərində keçirilən sərgilərdə Azərbaycan sənətkarlarının əl işlərinə böyük maraq olub.

Konfransda bildirilib ki, Riştan şəhəri bütün dünyada dulusçuluq və saxsı sənətkarlığı mərkəzi kimi tanınıb. Bu şəhərin sənətkarları beynəlxalq sərgilərdə daim fərqlə­nirlər. Onların, eləcə də xarici us­talar, dizaynerlər və iqtisadçıların iştirakı ilə “Dulusçuluq və bazar iqtisadiyyatı” adlı dəyirmi masa da maraqla qarşılanıb.

XQ

Mədəniyyət