“Quba” “Sumqayıt”a qalib gəlib

post-img

Dünən Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu baş tutub. “Quba” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş qubalı basketbolçuların qələbəsi ilə başa çatıb – 107:90.

Turun daha əvvəl keçirilən görüşlərində “Ordu” “Sərhədçi”ni (100:64), “Gəncə” “Neftçi”ni (80:73), “Abşeron Lions” NTD-ni (102:87), “Naxçıvan” isə “Lənkəran”ı (82:75) məğlub edib.

Qabil YUSİFOĞLU
XQ

 

İdman