Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şəhər Kitabxanası Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ən ilhamverici və faydalı məkanlardan biri kimi qiymətləndirilib.
XQ-nin məlumatına görə, bu barədə “WUF13Azerbaijan”ın “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda qeyd olunur ki, Şəhər Kitabxanası sakit və mehriban atmosferi ilə bilik, düşüncə və şəhərsalma ideyalarını bir araya gətirən xüsusi məkan rolunu oynayıb.
Bildirilir ki, bu məkan iştirakçılara müzakirələrdən bir qədər uzaqlaşıb dincəlmək, yeni ideyalar üzərində düşünmək və Forumun əsas mövzuları ilə daha fərqli mühitdə əlaqə qurmaq imkanı yaradıb.

