Rumıniyanın Baş naziri istefa verib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib.

XQ xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib.

Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən də Rışnov meri, dairə şurasının sədri olub, həmçinin ölkəyə əhəmiyyətli Avropa investisiyaları cəlb etməklə inkişaf naziri postunda uğurlu iş aparıb.

"O, inkişafda maraqlı olan insandır, inamlı Qərb tərəfdarı, yüksək mənəvi dəyərlərə malik və dialoqa hazır olan şəxsdir və nəhayət, o, uzun müddət büdcələrlə işləyən və onların idarə olunmasına cavabdehlik daşıyan bir insandır. Buna görə də əminəm ki, o, bu vəzifənin öhdəsindən uğurla gələcək", – Rumıniya Prezidenti bildirib.

Eyni zamanda Dan Tomaka işinə nümayiş etdirdiyi sadiqliyə və məsuliyyətə görə təşəkkür edib.

Dünya