Qılıncoynatma hesabatı

post-img

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib. Federasiyadan verilən məlumata görə, iclasda qurumun rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə qurumun prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.

Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova İcraiyyə Komitəsinə üzv seçiliblər.

Qabil YUSİFOĞLU
XQ

İdman