Qazax teatrı paytaxt tamaşaçılarını “inandırdı”

post-img

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının “Qonaq teatr” layihəsi çərçivəsində Ulu öndərin 100 illik yubileyi və Qazax Dövlət Dram Teatrının 85 illiyi münasibətilə yazıçı- dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İnan mənə” tamaşasının paytaxtda təqdimatı uğurla keçib. 

Teatr Xadimləri İttifaqının bö­yük zalında göstərilən tamaşa­dan öncə İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı Hacı İsmayılov tamaşaçıları salamlayıb. O, İtti­faqın “Qonaq teatr” layihəsinin əhəmiyyətini qeyd edib və səh­nəni Qazax Dövlət Dram Teatrı­nın aktyorlarının ixtiyarına verib.

Əməkdar artist, sənətşünas­lıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda, yük­sək peşəkarlıqla hazırlanmış, “İnan mənə” tamaşa elə ilk dəqiqələrdən maraq doğurub. İstedadlı aktyorlar – Yusif Qoca (Elçin), Zəmanə Dərviş (Aysel), Minayə İbrahimova (Yasəmən), Elşad Əliyev (Vüqar), Aydın Orucov (Professor Əmirov), Əh­məd Musayev (Emin), kütləvi səhnələrdə oynayan Məmməd Hacıəliyev, Xəqan Qurbanov, Nizami Aşbazov, Turac Məm­mədova əsərin başlıca ideyasını məharətlə tamaşaçılara çatdıra biliblər. 

Ötən əsrin 80-ci illərinin son­larından bəhs edən səhnə əsə­rində hadisələr özbaşınalıq və hərc-mərcliyin önə çıxdığı xaotik bir durumda Elçin Poladlı kimi dürüst, prinsipial və əqidəsinə sadiq qalan ziyalıların müba­rizəsi fonunda baş verir. Polad bir iradəyə malik olan Elçin Po­ladlı gələcəyə nikbin baxır və öz həmməsləkləri ilə birlikdə mənfi­liklərə qalib gəlir.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan, peşəkar səviyyəli tamaşa teatr mütəxəs­sisləri, sənətsevərlər və media nümayəndələri tərəfindən alqış­larla qarşılanıb.

Sonda Qazax Dövlət Dram Teatrı Milli Teatr sənətinin inki­şafındakı xidmətlərinə görə və 85 illiyi münasiəbəti ilə, Xəzər Gəncəli “İnan mənə” tamaşası­na verdiyi uğurlu quruluşa görə, Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, 60 yaşı tamam olan aktyor Aydın Orucov isə yaxşı oyununa görə Azərbaycan Teatr Xadimləri İtti­faqının fəxri fərmanları ilə təltif olunublar. Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əmək­dar artist Musa Eyyubov, Əmək­dar incəsənət xadimi Ağalar İd­risoğlu, Əməkdar artist Xəzər Gəncəli və aktyor Aydın Orucov onları ruhlandıran Teatr Xadim­ləri İttifaqına və tamaşaçılara minnətdarlıqlarını bildiriblər.

Aida QAFAROVA,
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi

Mədəniyyət