Naxçıvan Filarmoniyası Bakı səhnəsində

post-img

Ölkəmizdə və beynəlxalq aləm­də böyük maraqla qarşılanan Üze­yir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı dünən başa çatıb. Festi­val çərçivəsində keçirilən bütün tədbirlər musiqisevərlər tərəfindən maraqla qarşılansa da, final ərəfə­sində Azərbaycan Dövlət Filarmoni­yasında keçirilən konsert daha çox əks-səda verib və bir neçə cəhətdən əlamətdar olub. 

Belə ki, Türk dünyasının iki böyük liderinin – Azərbaycan və Türkiyə pre­zidentlərinin Naxçıvanda görüşdüyü günlərdə Naxçıvan Dövlət Filarmo­niyasının simfonik orkestri Azərbay­can Dövlət Filarmoniyasındakı çıxışı ilə dahi bəstəkarımızın adı ilə bağlı festivala öz töhfəsini verib. Bu tədbi­ri əlamətdar edən cəhətlərdən biri də konsertin Üzeyir Hacıbəylinin “Koroğ­lu” operasından “Uvertüra” ilə başlan­ması idi. 

Naxçıvan Dövlət Filarmoniyasının solistləri Mübariz Əsgərov, Gülyanaq Fərzəliyeva, Vəli Səfərov, İlkin Abdul­layev, Elçin Nağıyev, Tural Nəcəfov, eləcə də, digərləri dahi bəstəkarın müxtəlif əsərlərindən parçaları səslən­dirib və maraqlı ifaları ilə tamaşaçıla­rın rəğbətini qazanıblar. Xatırladaq ki, orkestrin dirijorları Prezident mükafat­çıları Orxan Həşimov, Elvin Əliyarlı və Cahangir Qurbanovdur.

İ.MİRZƏBƏYLİ
XQ

Mədəniyyət