“Çelsi” 2-ci yarımfinalçı oldu

post-img

İngiltərənin “Çelsi” klubu ABŞ-da keçirilən klublararası dünya çempionatının 2-ci yarımfinalçısı olub. Belə ki ki, London klubu 1/4 finalda Braziliyanın “Palmeyras” komandasını gərgin mübarizədə məğlub edib - 2:1.

Yarımfinalda Enzo Mareskanın yetirmələri Braziliyanın digər klubu – “Fluminense” ilə qarşılaşacaqlar. Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

M.HACIXANLI 
XQ

İdman