Üzeyir musiqisinin foto əks-sədası

post-img

Bakı Musiqi Akademi­yasının (BMA) nəzdindəki Opera Studiyasında “Üze­yir Hacıbəylinin musiqi şah əsərləri” adlı fotosərgi açı­lıb.

Ekspozisiyaya fotomüxbir və jurnalist Rüstəm Qasımo­vun dahi bəstəkarın “Leyli və Məcnun” və “Koroğlu” opera­ları, “Arşın mal alan” və “O ol­masın, bu olsun” operettaları kimi şah əsərlərinə həsr edil­miş işləri daxil olub.

Rüstəm Qasımov jurna­listlərə bu fotoşəkillər seriya­sı üzərində iş barədə məlu­mat verərək deyib ki, onda Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında paytaxt tamaşaçılarının diqqətinə sərgi təqdim etmək, bəstə­karın opera tamaşalarının və musiqi­li komediyalarının nümayişi zamanı çəkdiyim fotoşəkilləri ora daxil etmək ideyası studiyanın dəstəyi ilə uğurla gerçəkləşdi.

Müəllifin gələcək planlarına in­sanların mədəni tədbirlərdə müm­kün qədər çox iştirak etmələri üçün müxtəlif tamaşalar, konsertlər və sərgilər haqqında fotoreportajlar va­sitəsilə təbliğat işi aparmaq daxildir. 

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət