UNESCO-da Zeynalabdin Tağıyev fotosərgisi

post-img

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi və UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında tarixi şəxsiyyət, mesenat Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub.

Fotosərgidə azərbaycanlı mesenatın həyat və fəaliyyətini, eləcə də Milli Tarix Muzeyinin eksponatlarını əks etdirən fotolar nümayiş olunur.

Açılış mərasimində Azərbay­canın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO Baş Di­rektorun Ofisində Gender Bə­rabərliyi bölməsinin direktoru Mariya Beqona Lasaqabaster, UNESCO yanında akkreditə olmuş səfirlər, daimi nümayən­dələr, diplomatlar iştirak ediblər.

UNESCO yanında daimi nümayən­də Elman Abdullayev çıxış edərək bö­yük xeyriyyəçi, öz dövrünün maarifçisi H.Z.Tağıyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Fəxrlə adını çəkdiyimiz Hacı Zey­nalabdin Tağıyevin Azərbaycanda maarif və mədəniyyət sahəsində xidmətlərini diqqətə çatdırıb.

UNESCO Baş Direktorun Ofi­sində Gender Bərabərliyi bölmə­sinin direktoru Mariya Beqona La­saqabaster bildirib ki, H.Z.Tağıyev qadınların inkişafına verdiyi önəm və töhfəsi ilə bizim hər birimizi ilhamlandırıb. 

XQ

 

Mədəniyyət