“Çağdaş bütöv Azərbaycan”

post-img

Bu günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Türk dünyası İnfo” İctimai Birliyinin təşkilatçılığı ilə yeni bir poeziya toplusu işıq üzü görüb. Sentyabrın 27-də Azərbaycanda Atatürk Mərkəzində “Çağdaş bütöv Azərbaycan" adlı antologiyanın təqdimat mərasimi keçirildi. 

Tədbirdə çıxış edənlər bildirdilər ki, antologiya­nın hazırlanmasında şa­ir-publisist, “Türk Dünyası info” İctimai Birliyinin sədri Dəyanət Osmanlının bö­yük zəhməti olub. Şair, Bakı Dövlət Universitetinin müəllimi Knyaz Aslan çıxı­şında bildirdi ki, topluda əsasən Cənubi Azərbay­can şairlərinin şeirlərinə geniş yer verilib. Burada cənublu soydaşlarımızın öz duyğu və düşüncələri­nin, eləcə də bütöv Vətən həsrətlərinin geniş ifadə olunduğunu görürük. Onun sözlərinə görə, kitabda Şi­mali Azərbaycan, eləcə də Türk dünyasını təmsil edən şairlərin də bütöv Azərbay­can mövzulu şeirləri yer alıb.

Çıxış edən müəlliflər mövzu ilə bağlı fikirlərini bil­dirdi, şeirlərini oxudular. 

Şair Dəyanət Osmanlı “Çağdaş bütöv Azərbaycan” antologiyasının rəhbərlik etdiyi QHT tərəfindən hazır­lanmış ikinci toplu olduğunu bildirdi. Qeyd etdi ki, kitabda ümumilikdə 45 şairin əsərlə­ri toplanıb. 

Paşa ƏMİRCANOV
XQ

Mədəniyyət