“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC  təkliflər sorğusu elan edir

post-img

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC  

“Vətən Müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərinə tərcümə olunaraq çap etdirilməsinin satın alınması məqsədilə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Lot – 1. “Vətən Müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərinə tərcümə olunaraq çap etdiril­məsinin satın alınması.

Təkliflər sorğusu iştirakçılarına təklif olunur ki, öz təklif­lərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə, həmçinin elektron portal vasitəsi ilə təqdim etsin­lər. Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıla­rı lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəy­yən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdük­dən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05) ala bilərlər: 

İştirak haqqı – 100,00 manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməli­dirlər: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər: 

1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statu­su, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. 

2. Tender təklifinin qüvvədə olma müddəti zərflərin açı­lış tarixindən sonra azı 30 bank günü qüvvədə olmalıdır.

3. Tender təklifinin təminatı tender təklifinin qüvvədə olma müddətindən sonra azı 30 bank günü qüvvədə olma­lıdır.

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təmi­natı .

5. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti döv­ründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış. 

6. Azərbaycan Respublikasında vergilərə və digər icba­ri ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti. 

8. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarları­na uyğun olması haqqında sənəd (statistika komitəsindən).

9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud on­ların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məh­kəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifa­də etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

11. İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).

İxtisas uyğunluğu sənədləri:

a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təc­rübəsi.

b) Malgöndərənin texniki imkanları. 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər sorğusu sənədləri Azərbaycan dilinə tər­cümə edilməlidir). İddiaçılar təkliflər sorğusu ilə bağlı sual­ları satınalan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəa­lara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, ayrı-ayrı möhürlənib imzalanmış ikiqat zərflərdə 12 oktyabr 2023-cü il saat 17.00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünva­na həmçinin elektron portal vasitəsi ilə (əlaqələndirici şəxs – Əhməd Məmmədova, telefon- (012) 496-52-05) təqdim etməlidirlər. 

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılma­dan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 13 oktyabr 2023-cü il saat 11.00-da açılacaqdır.

Tender komissiyası

Reklam və elan