Arxeoloji qazıntıların nəticələri barədə məlumat verildi

post-img

BDU-nun Qazax filialında Azərbaycan Milli Elmlər Akademiyası arxeoloqlarının iştirakı ilə "Azərbaycanda qədim daş dövrünün öyrənilməsi problemi, əldə olunan nəticələr və qarşıda duran vəzifələr" mövzusunda elmi-praktik seminar keçirilib.

BDU-nun Qazax filialı və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qoruğun rəhbərliyi və əməkdaşları, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib. 

Filialın direktoru Arif Rüstəmov keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. 

Filialın tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifovun təqdimatı ilə seminar davam etdirilib. 

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquluyev, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva və AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov seminarda çıxış ediblər. 

Çıxışlarda Qazax və Ağstafa rayonlarında aparılan arxeoloji qazıntılar və onların nəticələri barədə iştirakçılara geniş məlumat verilib. Verilən məlumatlar slaydlar vasitəsilə nümayiş olunub.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Qazax





Elm