Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Xaçmaz şəhərində ictimai dinləmə keçiriləcək.
Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərlə bağlı tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə iştirakçılara ətraflı məlumat veriləcək.
İctimai dinləmə 11 iyul 2025-ci il tarixində, saat 11:00-da Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında yerləşən Xaçmaz KOB evinin akt zalında keçiriləcək.