ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

post-img

İyulun 8-də Türkiyə Respublikasının Çağ Universitetinin rektoru professor Murat Koç Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  qonağı olub. Səfər çərçivəsində M.Koç ilə Pedaqoji Universitetin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

Görüş zamanı qonağa Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil strategiyası, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti və perspektivləri barədə ətraflı məlumat verilib. Tərəflər arasında ali təhsil,tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və anlaşma memorandumu imzalanıb.

Görüşün sonunda qonaq ADPU- nun əsas tədris binası, Heydər Əliyev Muzeyi, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türksoy kafedrası ilə tanış olub, universitetin infrastrukturu və təhsil imkanları haqqında məlumat əldə edib.











Təhsil