Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib

post-img

Türkiyənin paytaxtı Ankara şəhəri 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib. Bununla bağlı qərar Türk Dövlətləri Təşkilatının Turizm Nazirlərinin Ankarada keçirilən X toplantısında qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Bununla bağlı sosial media hesabında paylaşım edən nazir Ersoy tarixi, mədəniyyəti və ruhu ilə bu adın Ankaraya çox yaraşdığını bildirib.

 

Mədəniyyət