Vaşinqton ilin sonuna qədər yeni tətbiq olunan gömrük rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcəyini gözləyir. Bu barədə "Bloomberg” yazıb.
Xəbərdə bildirilir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə ABŞ Prezidenti Donald Trampın kabinet iclasında deyib.
“Beləliklə, biz gözləyə bilərik ki, ilin sonuna qədər bu, əhəmiyyətli dərəcəni – 300 milyard dolları keçəcək” – deyə ABŞ-ın maliyyə naziri bəyan edib.
P.ƏMİRCANOV
XQ