Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanda baş verən terror aktını pisləyib. O, Türkiyənin terrorla mübarizədə Pakistana dəstəyini davam etdirəcəyini vurğulayıb. Dövlət başçısı müvafiq müraciəti sosial şəbəkə hesabında yayıb.
Məlumatı “Anadolu” verib.
Türkiyə lideri “dost və qardaş Pakistan xalqına və hökumətinə” başsağlığı verib, hücumda yaralananların tezliklə sağalmasını arzulayıb.
“Dünən Pakistana qarşı törədilən iyrənc terror aktını pisləyirəm. Türkiyə uzun müddətdir dostluq münasibətində olduğumuz Pakistana terrorla mübarizədə, eləcə də digər məsələlərdə dəstəyini davam etdirəcək. Kədərdə və sevincdə qardaşlarımızın yanında olmağa davam edəcəyik”, - nəşr yazıb.
İlkin məlumatlara görə, Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində bombanın partlaması nəticəsində 13 əsgər həlak olub. Mülki vətəndaşlar da daxil olmaqla daha 24 nəfər yaralanıb.
P.ƏMİRCANOV
XQ