Baş prokurorun Sumqayıtda vətəndaş qəbulu

post-img

Dekabrın 5-də Baş prokuror Kamran Əliyev Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt, Qubadlı və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 33 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

XQ

Son xəbərlər