Robot göz əməliyyatı aparıb

post-img

Kaliforniya Universitetinin alimləri tərəfindən hazırlanmış robotlaşdırılmış sistem dünyada ilk dəfə olaraq insanda kataraktın robot vasitəsilə götürülməsi əməliyyatını həyata keçirib və bu, mikrodəqiqlikli göz cərrahiyyəsində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. “Horizon Surgical Systems” şirkətinin əldə etdiyi bu nailiyyət planetdə ən çox icra olunan cərrahi əməliyyatlardan birini dəyişə bilər.

İlk klinik tədqiqat çərçivəsində 10 xəstə heç bir ağırlaşma olmadan robotlaşdırılmış əməliyyatdan uğurla keçib. Əməliyyatlar həkimlər- Uday Devqan və David Losano Hiral tərəfindən Polaris platformasından istifadə olunaraq icra edilib. Cərrahlar əməliyyat otağında yerləşən “kabinə”dən robota nəzarət ediblər.

“Horizon Surgical Systems” 2021-ci ildə universitetin dörd müəllimi tərəfindən yaradılıb və şirkətin bir çox əməkdaşı onların keçmiş aspirantlarıdır. Tədqiqatçılar alətin 0,053 millimetr dəqiqliklə işlədiyini bildiriblər ki, bu da sistemin əməliyyatın ən həssas mərhələlərini təhlükəsiz şəkildə yerinə yetirmək potensialını təsdiqləyir.

XQ

Son xəbərlər