İki boksçumuz dünya çempionatında növbəti mərhələyə adlayıb

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Avropa çempionumuz Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.

Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq. 

XQ 

 



İdman