Ermənistan iqtisadiyyatı hansı yolla “tərəqqi” edir?

post-img

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
[email protected]

 

Qərb mallarını başqa bir ölkəyə satmaq nə vaxtdan istehsal sayılır? 

Erməni xislətinə bələd olan hər kəs yaxşı bilir ki, bu toplumun nümayəndələri yalan danışmağı özlərinə lap qədimdən peşə seçiblər. Tarix boyu harada yaşamalarından asılı olmayaraq, ermənilər çirkin əməllərini işə keçirmək üçün hər kəsi aldadıb və onlara inananlara xəyanət ediblər. 

Onlar Osmanlı hakimiyyəti dövründə Anadoluda, XX əsr boyu isə Azərbaycanda hiylə ilə yalanlara söykənərək davamlı təx­ribatlar törədiblər, xalqımıza zaman-zaman faciələr yaşadıblar. İndi ermənilərin yalan, qəsd və xəyanət növbəsi onlara Azərbay­can torpaqlarında dövlət yaratmış Rusiya­ya çatıb. Hiyləgər erməni başbilənləri Ru­siyanı şantaj edib, Qərbə sığınmaq yolunu seçiblər. Bu millət üçün müqəddəs heç nə yoxdur. Sabah lazım gəlsə Qərbi yenidən Şərqlə əvəz edəcəklər...

Son bir neçə ildir ki, Ermənistan ide­oloqları israrla bütün dünyanı iqtisadiyya­tının analoqu olmayan bir sürətlə inkişaf etdiyinə inandırmağa çalışırlar. Hətta Er­mənistanın baş naziri Nikol Paşinyan bir qədər öncə Moskvada keçirilmiş Avrasiya İqtisadi İttifaqının toplantısında cari ilin birinci rübündə ölkəsinin iqtisadiyyatının 12,2 faiz artdığını bəyan etdi. Bugünlərdə isə Ermənistan Dövlət Statistika Komitəsi­nin yaydığı məlumatlarda cari ilin 7 ayı ər­zində bu ölkənin iqtisadiyyatında 10,4 faiz artımın qeydə alındığı bildirilir. 

Məsələni araşdırmaq məqsədilə biz Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi saytına daxil olub bu ölkənin iqti­sadiyyatında bəyan edilən “artımların” köklərini araşdırdıq. Aydın oldu ki, 2020-ci ildə Ermənistan iqtisadiyyatı 2019-cu illə müqaisədə 7,5 faiz geriləsə də, 2021-ci ildə iqtisadiyyatda 5,8 faiz, 2022-ci ildə 14,2 faiz, cari ilin 7 ayı ərzində isə 10,4 faiz ar­tım qeydə alınıb. 

44 günlük müharibədə ağır məğlu­biyyətə düçar olmuş, ordusu darmadağın edilmiş, daxilində siyasi çəkişmələr sən­giməyən bir ölkədə iqtisadiyyatın az zaman kəsiyində bu qədər sürətlə inkişaf etməsi mümkündürmü? Apardığımız araşdırma­lar göstərdi ki, “Ermənistan iqtisadiyya­tının sürətli inkişafı” haqqında yaradılan fikirlərin heç bir əsası yoxdur. Bu ölkənin iqtisadiyyatında son 3 il 7 ay ərzində qey­də alınan “yüksəliş”, ilk növbədə, xarici ticarət dövriyyəsinin ağla sığmayan bir sürətlə artması nəticəsində baş verib. Belə ki, 2020-ci ildə Ermənistanın ixracı 2 mil­yard 537 milyon, 2021-ci ildə 3 milyard 16 milyon, 2022-ci ildə 5 milyard 419,1 milyon, cari ilin 7 ayı ərzində isə 3 milyard 843,6 milyon ABŞ dolları təşkil edib. Bu ilin sonuna ixrac həcminin 6 milyard 590 milyon ABŞ dollarına çatacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 2,6 dəfə (ötən ilin eyni dövrü ilə müqaisədə 162,1 faiz) artım deməkdir. 

Eyni qayda ilə idxalın həcmi 2020-ci ildə 4 milyard 564 milyon, 2021-ci ildə 5 milyard 362,2 milyon, 2022-ci ildə 8 mil­yard 775,9 milyon, cari ilin 7 ayı ərzində 6 milyard 534 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 163 faiz) olub. Cari ilin sonuna idxalın həcminin 11 mil­yard 200 milyon ABŞ dollarına çatacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 2,5 dəfə artım demək olacaq. 

Diqqətçəkən bir fakt isə Ermənistan­dan Rusiyaya ixracın son bir neçə ildə gö­rünməmiş sürətlə artmasıdır. Belə ki, əgər Ermənistandan 2021-ci ildə Rusiyaya cə­misi 840,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilmişdisə, 2022-ci ildə bu rəqəm 3 dəfəyə qədər artaraq 2 milyard 462,8 milyon ABŞ dolları təşkil edib. Bu ilin sonuna Ermənistandan Rusiyaya ix­racın həcminin 2020-ci illə müqayisədə 4 dəfədən çox artaraq 3 milyard 470 milyon ABŞ dollarına çatması gözlənilir. 

Hərbi-siyasi avantüralarda uduzmuş bu başabəla ölkədə nə baş verir? Doğru­danmı, hərtərəfli çöküş dövrü yaşayan Ha­yastan tərəqqi edir? Gerçək olan budur ki, Ermənistan iqtisadiyyatındakı “yüksəliş” Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra, bu ölkənin fantastik sürətlə artan idxal və ixracının hesabına əldə olunur. Daha dəqiq desək, əgər Ermənistan iqti­sadiyyatı 2022-ci ildə 2020-ci illə müqa­isədə 5,8 milyard dollar artmışdısa, həmin dövrdə bu ölkədə idxal və ixracın həcmi də eyni səviyyədə, yəni 5,8 milyard dollar artmışdır. Düşünürəm ki, göstərdiyimiz bu əlahəzrət faktlardan sonra əlavə şərhə ehti­yac qalmır. Budur, Ermənistan iqtisadiyya­tında baş verən “sıçrayışlı inkişaf”. 

Gəlin, diqqət yetirək: Ermənistan bu “tərəqqi” dövründə nəyi haradan idxal, nəyi haraya ixrac edib? Məsələ burasın­dadır ki, Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənayesinə tətbiq etdiyi sanksi­yalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən hərbi sənaye üçün lazım olan elektrotexnika və digər məhsulların ciddi çatışmazlığını yaradıb. Təbii ki, bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Yəni Ermənistan artıq 1 il 6 aydan çoxdur ki, Rusiyaya lazım olan həmin məhsulları xaricdən öz ölkəsinə idxal edib, sonradan onları müxtəlif məhsul adları altında Rusi­yaya ixrac etməklə məşğuldur. Artıq ABŞ və Almaniya kimi ölkələr bununla bağlı Ermənistan hökumətinə bir neçə dəfə xə­bərdarlıq edib. Ancaq hələ ki, erməni həya­sızlığı davam edir. 

Yeri gəlmişkən, əgər Ermənistanın əvə­zinə, Rusiyaya bu “ayı xidməti”ni Azər­baycan göstərmiş olsaydı, bizimlə bağlı bütün məsələlərdə, ilk növbədə, Qarabağ məsələsində ikili standartlara söykənib haqsızlıq edən Qərb Azərbaycana qarşı ən sərt sanksiyalar tətbiq edərdi. Ancaq bu gün Qərb hələ ki, bu məsələ ilə bağlı Ermənistana yüngül xəbərdarlıq etməklə öz vəzifəsini yerinə yetirmiş hesab edir. Görünür, xristian qardaşlar ermənilərin bu alqı-satqıdan qazanc götürməsini ona çox görmürlər. Qərbin bu “aldadılmaya” yum­şaq yanaşılması başadüşüləndir.

Təəssüf doğuran, həm də anlaşılma­yan məsələ isə odur ki, “sapı bizdən olan”, daxildə və xaricdə Azərbaycanın uğurla­rında “əmma” axtaran bəzi boşboğazlar Ermənistanın bu “uğurlarını” bayraq edib, ondan “iqtisadiyyatında inqilab etmiş bir ölkə” obrazı yaratmaq istəyirlər. Həmişə belə olur – bütün yalançıların sözləri də əməlləri kimi üst-üstə düşür.

Siyasət