“Xunta naziri” Vardanyan məsuliyyətə cəlb olunub

post-img

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.

Toplanılmış sübutlarla, hazırda Ermə­nistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliy­yətində iştirak etmə) və 318.1-ci (Azər­baycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törət­məsinə əsaslı şübhələr müəyyən edil­mişdir.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sər­hədini nəzarət-buraxılış məntəqələrin­dən kənar, qanunsuz keçərək, Azərbay­can Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil ol­muş, həmin ərazidə Azərbaycan Res­publikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin forma­laşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların ölümünə və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sö­zügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizatın­da iştirak etmişdir.

Bundan başqa, o, pul vəsaitlərini hə­min qanunsuz silahlı birləşmələrin ter­rorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdir­mişdir.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismin­də cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əmə­liyyat tədbirləri davam etdirilir. 

XQ

Son xəbərlər