Orta Dəhliz – Çindən Avropaya ən qısa yol

post-img

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də mətbuata bəyanatlarında bir sıra önəmli məsələlərlə yanaşı, Orta Dəhlizin dünya, o cümlədən hər iki ölkənin iqtisadiyyatına mühüm təsiri barədə ətraflı bəhs edilib. 

Dövlətimizin başçısı çıxışında Cümhurbaşqanının respublikamıza budəfəki səfəri çərçivəsində nəqliyyat məsələlərinin də geniş müzakirə olun­duğunu bildirib. Prezident İlham Əliyev deyib: “İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha çox diqqət çəkir. Azərbaycan ərazisindən, yəni Xəzər dənizi ilə daşınan yüklərin həcmi il­dən-ilə artır. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları geniş­ləndirilir.

Bakı Dəniz Limanının imkanları 25 milyon tona genişləndirilir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliy­yat infrastrukturu ən müasir səviyyəyə gətirilir”.

Bu məsələ ilə bağlı Türkiyə Prezi­dentinin də fikirləri böyük maraq doğu­rub. Rəcəb Tayyib Ərdoğan çıxışında dövlətimizin başçısı ilə keçirdiyi tək­bətək görüşdə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparıldığını da xatırladıb. 

Qeyd edək ki, Azərbaycan artıq beynəlxalq aləmdə Şərq–Qərb, Şi­mal–Cənub nəqliyyat dəhlizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mühüm mərkəz kimi tanınır. Ölkəmi­zin tərəfdaşları ilə birlikdə bu nəqliy­yat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini təmin etmək üçün praktik işlər görülür. Məsələn, hö­kumət tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrılması, respublika­mızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm verilməsi, həmçinin əsaslı təmi­rinin aparılması bunun bariz ifadəsidir. 

Xatırladaq ki, Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) Assosiasiyası hazır­da Sinqapurla birlikdə Orta Dəhlizin rəqəmsallaşması konsepsiyasını ya­radır. Adıçəkilən assosiasiyanın baş katibi Haydar Abdikerimovun sözlə­rinə görə, hazırda dəhlizin detalizasi­yası üzrə işlər görülür və cari ilin iyu­nundan dəhlizə qoşulacaq ölkələrin (Sinqapur, Bolqarıstan və Litva) bu marşruta qatılacağı nəzərdə tutulur.

Haydar Abdikerimov bildirir ki, Orta Dəhlizin rəqəmsallaşması üzrə işlər Sinqapurun aparıcı şirkətləri ilə həya­ta keçiriləcək. Bu konsepsiya iştirak­çılar arasında məlumat mübadiləsinin yaxşılaşmasına, həmçinin sərhəd ke­çidlərinin sürətləndirilməsinə səbəb olacaq. Sərhəd keçidlərinin sadələş­dirilməsindən danışan assosiasiyanın baş katibi qeyd edib ki, bu məsələ ilə bağlı Dəmir Yolları Əməkdaşlıq Təşki­latı (DYƏT) və BMT-nin struktur böl­mələri ilə birgə layihələr reallaşdırılır. “BMT-nin Avropa İqtisadi Komissiya­sının (UNECE) təqdim etdiyi sadələş­dirmə, rəqəmsallaşma və ticarət üzrə standart və tövsiyələri dəhlizimizdə tətbiq edirik”, - deyə Haydar Abdikeri­mov əlavə edib.

Yeri gəlmişkən, yaxın 5 il ərzində Orta Dəhlizin infrastrukturuna və pro­seslərin səmərəliliyinin artırılmasına 5 milyard avroya yaxın investisiya qo­yulacaq. Marşrut Mərkəzi Asiya isteh­salçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətində­ki dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayacaq. Marşrutun əsas məqsədi isə Çin, Qazaxıstan kimi ölkələrdən, Xəzər dənizi ilə Azər­baycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya ərazisindən yük tran­zitinin təmin olunmasından ibarətdir.

Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Avropa­nın aparıcı logistika şirkətləri, xüsusən Danimarkanın “Maersk”, Avstriyanın “Rail Cargo Group”, Finlandiyanın “Nurminen Logistics” və Niderlandın “Rail Bridge Cargo” şirkətləri Orta Dəhlizə yüklər cəlb edir. Dünya İqtisa­di Forumunun yaydığı məlumatda isə Çinlə Avropa arasında əmtəə dövriy­yəsinin ildə 600 milyard dollar dəyə­rində qiymətləndirildiyi bildirilir. Həmin məlumatda, eyni zamanda, Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz ərazisindən keçən Orta Dəhlizin Çinin Sakit Okean sahilindən Avropaya ən qısa yol olduğu, Şanxaydan Avropaya yüklərin daşınmasının bu marşrutla 10 gün çəkə biləcəyi də vurğulanır. Həmçinin belə bir səmərəliliyə malik marşrut vaxta qənaətlə yanaşı, tranzit ölkələr arasında ticarətə təkan verə, regional inteqrasiyanı möhkəmləndirə və iqtisadi diversifikasiyaya səbəb ola bilər. 

 

Nihat QORQUD ƏLİYEV,

iqtisadçı-ekspert

Orta Asiya və Cənubi Qafqazdan keçən Orta Dəhlizin əsas funksiyası Şərqdən Qərbə enerjidaşıyıcılarının və konteyner daşımalarının intensivliyi ilə miqyasının artırılmasıdır. Mütəxəs­sislərin hesablamalarına görə, “Bir kəmər-bir yol” layihəsindən fərqli ola­raq Orta Dəhliz səmərəliliyi ilə diqqət çəkir. 

Bunu ötən ilin mayında Çindəki Tuanszesun şəhərindən Finlandiyaya göndərilmiş ilk test yük partiyasının Bakıya uğurla çatdırılması da sübut etdi. “Nurminen Logistics” şirkətinə məxsus yük sonradan dəmir yolu ilə Gürcüstanın Poti limanına, oradan da bərə ilə Rumıniyanın Konstansa lima­nına daşındı.

Azərbaycan, Çin, Qazaxıstan və Gürcüstan tərəfindən Orta Dəhliz marşrutunun inkişaf etdirilməsi nəzər­də tutulur. Hesablamalara görə, mar­şrutun illik potensialı 10 milyon metrik ton və ya 200 min konteynerdir. Dörd ölkə daxili şirkətlər üçün vahid tarifləri müəyyənləşdirmək, habelə yükdaşı­ma şirkətlərinin fəaliyyətini sadələşdir­mək niyyətindədir.

Bütün bunlarla bərabər, yaxın 10 il ərzində Orta Dəhliz marşrutu üzrə yük­daşımaların artım dinamikasının da­vam edəcəyi gözlənilir. Bu cür qənaət isə hər il marşrut üzrə yükdaşımalarda qeydə alınan artımla bağlıdır. Belə ki, əgər 2022-ci ildə 33 min TEU-dan çox konteyner və ya 1,5 milyon tondan çox yük Orta Dəhliz vasitəsilə ötürülübsə, cari il konteynerlərin adıçəkilən marş­rut vasitəsilə daşınmasının 20 faizdən çox– 40 min TEU-ya qədər artacağı, daşınma həcminin isə 35 faiz səviyyə­sində– 2 milyon tona qədər yüksələ­cəyi proqnozlaşdırılır. 

Qeyd edim ki, əsas məqsədi Çin, Qazaxıstan kimi ölkələrdən Azərbay­can, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya vasitəsilə yüklərin tranzitini təmin etmək olan Orta Dəh­lizin inkişafı məqsədilə yaxın beş ildə infrastruktura və səmərəliliyin artı­rılmasına, təxminən, 5 milyard avro sərmayə qoyulacağı planlaşdırılır. Bu marşrut Mərkəzi Asiya istehsalçıları­nın Türkiyə, Şimali Afrika və Cənubi Avropaya doğru dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayır.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”





İqtisadiyyat