Latviya Respublikasının elan olunmasının 107-ci ildönümü münasibətilə noyabrın 20-də Bakıda rəsmi qəbul təşkil edilib.
Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya çıxışında Azərbaycan-Ermənistan sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirib, Cənubi Qafqazda sülhün iqtisadi inkişaf üçün önəmli olduğunu vurğulayıb və ölkəmizin regionda strateji rolunu qeyd edib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan və Latviya arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır, indiyədək 47 sənəd imzalanıb, 6 sənəd layihəsi isə baxılma mərhələsindədir.
Mərasimdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. XQ


