3x3 basketbol millimiz üçqat çempiondur

post-img

VI İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycanın qadın 3x3 basketbol komandası yarışları uğurla başa vurub.

Basketbolçularımız finalda qardaş Türkiyə komandasını 21–13 hesabı ilə məğlub edərək Oyunların qızıl medalını qazanıblar. Bu nəticə ilə millimiz çempionluq titulunu qoruyub. Xatırladaq ki, komandamız 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olub və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq tarixi nəticəyə imza atıb.

Qabil YUSİFOĞLU
XQ

İdman