Azərbaycan nümayəndələri Qazaxıstan və Özbəkistanda əməkdaşlıqla bağlı görüşlər keçirib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımovun baaşçılığı ilə nümayəndə heyəti Qazaxıstan və Özbəkistanda işgüzar səfərdə olub.

Səfərin əsas məqsədi Türk dünyasında innovasiya, sahibkarlıq və investisiya əməkdaşlığının dərinləşdirilməsi, Mərkəzi Asiya ölkələrinin innovasiya ekosistemləri ilə institusional əlaqələrin gücləndirilməsi və regional startap mühitləri arasında inteqrasiya imkanlarının genişləndirilməsi olub.

Səfər çərçivəsində əsasən üç istiqamət görüşlər aparılıb.

Birincisi, müvafiq sahələr üzrə aparıcı qurumlarla innovasiya ekosistemlərinin institusional səviyyədə uyğunlaşdırılması və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi; ikincisi, startapların və investorların regional bazarlara çıxış imkanlarının genişləndirilməsi, birgə proqramların və təcrübə mübadiləsinin təşviqi; üçüncüsü isə Türk dünyasında vahid innovasiya əməkdaşlıq platformasının formalaşdırılması istiqamətində strateji təşəbbüslərin müzakirəsi olub.

Eyni zamanda səfər, “Startup School 4: Beş qitə – 500 Startap” qlobal proqramı və TEI Forum 2026 çərçivəsində həyata keçirilən beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, Mərkəzi Asiya və Cənubi Qafqaz innovasiya ekosistemləri arasında daha sistemli və dayanıqlı əməkdaşlıq modelinin formalaşdırılması və Azərbaycanın regionda innovasiya və sahibkarlıq üzrə körpü rolunun gücləndirilməsi məqsədinə xidmət edib.

Səfər çərçivəsində Astana şəhərindəki “KIT” Beynəlxalq Sahibkarlar Birliyinin rəhbəri Dauren Bimovla, "ATAMEKEN" Milli Sahibkarlar Palatasının direktoru Alin Kanatla, “Astana Hub”-ın Beynəlxalq əlaqələr və investisiya ofisinin direktoru Daniyar Jumağulovla,Türk İş Adamları Assosiasiyasının direktoru Gülnura Şeripova ilə görüşlər keçirilib.
Daşkənddə isə Özbək influencer, rəqəmsal media və ictimai çevrələrdə tanınmış şəxs, sahibkar Anvar Abduqayumla, Özbəkistan Ticarət və Sənaye Palatasının Xarici İqtisadi Fəaliyyət Departamentinin direktoru Saidkamil Saidnazirkhanovla,
“IT Park Uzbekistan” qurumun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ismoiljon Islamukhamedov, "Enterprise Uzbekistan"ın Qlobal Biznesin İnkişafı üzrə vitse-prezidenti Bokhodir Ayupov və digər nümayəndələrlə görüşlər olub.  
Qazaxıstan və Özbəkistandakı görüşlərdə "Startup School 4: Beş qitə – 500 Startap" proqramı və "TEİ Forum 2026" çərçivəsində Qazaxıstan və Özbəkistanın innovasiya ekosistemi iştirakçıları ilə əməkdaşlıq imkanları müzakirə edilib, potensial əməkdaşlıq istiqamətləri vurğulanıb, gələcəkdə bu istiqamətdə əlaqələrin davam etdirilməsinə əminlik ifadə edilib.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd









Sosial həyat