İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.
Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır.
Qeyd olunub ki, ölkələrimiz arasında səmərəli investisiya tərəfdaşlığı mövcuddur. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılması baxımından tədbirin vacibliyini vurğulayıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu imzalanıb.
XQ


