“Ay daş atan baxtavar”...

post-img

Paşa ƏMİRCANOV
[email protected]

İndi bizə daş atırlar. Qərbdən, özü də vahid mərkəzdən – Fransadan. Amma daşlar təkcə Fransadan atılmır. Paris artıq Avropada Azərbaycana atmaq üçün hərənin əlinə bir daş verib. Ancaq Qərbdə əllərinə daş yığanlar unudurlar ki, bumeranq effekti deyilən bir şey var. Yəni, daşlar geri qayıdacaq. Necə deyərlər, ay daş atan baxtavar, daşın da bir vaxtı var. Azərbaycan xalqının tarixin sınaqlarından çıxararaq, günümüzə gətirdiyi atalar sözlərindən biri də belədir: Daldan atılan daş topuğa dəyər. 

İndi Avropa, bax, bu vəziyyət qar­şısında dayanıb. Avropadakı, elə lap Parisdəki başbilənlər yaddaşlarını iti­riblər. Unudublar ki, Azərbaycan otuz ilə yaxın gözləyib. Gözləyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri təmsil et­dikləri ölkələrin gücündən, nüfuzundan istifadə edərək, bapbalaca Ermənista­nın özündən üç-dörd dəfə böyük Azər­baycana qarşı ərazi iddialarına son qoyacaq. Amma məlum olub ki, “vasitə­çilik missiyasındakı dostlar, tərəfdaşlar, müttəfiqlər, hətta bəzən strateji müttə­fiqlər” ölkəmizin Qarabağı ermənilərə güzəştə getməsini istəyirlər. Azərbay­can yalnız bundan sonra silaha əl ata­raq, özünün tarixi ərazilərini qaytarıb, suverenliyini bərpa edib. Yəni, bütün bunları avropalılar da, amerikalılar da yaxşı bilirlər. Bəs belə olan halda han­sı haqla 30 il bunlara hörmət qoymuş Azərbaycana daş atmağa başlayıblar. Özü də Azərbaycan işğalçı Ermənistan ordusunu öz ərazisindən qovub çıxa­randan sonra.

İndi bizi daşa tutanlar bütün sifət­lərini ortaya qoyublar. Məlum olub ki, vaxtilə güvəndiyimiz bu başına qar ya­ğan dağlar nəinki işğal dövründə, hət­ta ermənilər Qarabağı könüllü şəkildə tərk edəndən sonra da Azərbaycana qarşı düşmən mövqeyində dayanıblar. Birmənalı şəkildə İrəvanı dəstəkləyirlər. Bunlar Azərbaycanın vuruşaraq qazan­dığı şanlı Zəfəri sinirib həzm edə bilmir­lər. Fransa, ABŞ, eləcə də bir sıra digər güclü dövlətlərin dəstəklədiyi Ermənis­tanın uduzması əsəblərini tarmar edib. 

Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsinin mürəkkəbi qu­rumamış Avropa Şurası Parlament As­sambleyası üstümüzə daş yağdırma­ğa başladı. Almaniya qabağa verildi. Frank Şvabenin yalan, qərəz üzərində qurulmuş çıxışından sonra Azərbaycan nümayəndələrinin hüquqlarının məh­dudlaşdırılması barədə qərar qəbul olundu. Sanki vahid mərkəzdən veril­miş əmr icra olundu. Artıq hərəkətə, söz-söhbətə yol vermək olmazdı, hər şey tez-tələsik həll olunmalıydı. Yoxsa Fransa Prezidenti Emmanuel Makro­nun xətrinə dəyərdi. 

Artıq Avropa İttifaqı da Fransanın felinə uyub. Təşkilatın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayən­dəsi Jozef Borrel son günlər xüsusi er­mənipərəstliyi ilə seçilir. Onun da əmri həmin vahid mərkəzdən aldığı şübhə doğurmur. O da Azərbaycanın ünva­nına yersiz ittihamlar səsləndirir. Təbii ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bütün bu saxta və yalan ittihamlara la­yiqli cavab verir. XİN-in mətbuat katibi Ayxan Hacızadə haqlı olaraq bildirib ki, Jozef Borrell Bakıya qarşı aqressiv və militarist siyasət yeridir. Nazirlik onun ittihamlarını əsassız adlandıraraq rədd edib. XİN hesab edir ki, Avropa diplo­matiyasının rəhbəri faktları təhrif et­məklə, “Azərbaycanın qanuni maraqla­rına etinasızlıq” nümayiş etdirib: “Belə hədələyici ritorika ikili standartların ba­riz nümunəsidir, Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri daha da gərginləşdirir”.

Yeri gəlmişkən, J.Borrell bir müddət əvvəl bəyan etmişdi ki, Azərbaycanın Ermənistan ərazisinə dair iddiaların­dan narahatdır. Birincisi, Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı iddia irəli sürməyib. İkincisi, Azərbay­can ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olanda və Bakı bir milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşəndə, nə Borrel, nə onun sələf­ləri, nə Makron, nə də ondan əvvəlki prezidentlər qəti narahat olmamışdılar. Hətta, Qarabağın Ermənistana bağış­lanmasına açıq işarələr vurur, Azər­baycana münaqişənin hərbi yolla həl­linin mümkünsüzlüyünü təlqin edirdilər. Amma Azərbaycan siyasət qazanında, kifayət qədər bişmiş Avropa siyasət­çilərinin bir neçə nəslinin bu cür riyakar iddialarına rəğmən, özünün ərazi bü­tövlüyünü məhz hərbi yolla bərpa etdi. 30 illik münaqişəni cəmi 44 günə bitirdi. 

Borrel, eyni zamanda, Ermənista­nın suverenliyinin hər hansı bir şəkildə pozulmasının Brüssellə Bakı arasın­da münasibətlər üçün ciddi nəticələrə səbəb olacağı ilə hədələyib. Bununla da Azərbaycanın bostanına iri bir daş atmış olub. Amma o da, digər həmkar­ları da unudublar ki, dünən qaz üçün Azərbaycan Prezidentinin qarşısında boyunlarını bükmüşdülər. Avropa Ko­missiyasının Prezidenti xanım Ursu­la fon der Lyayenin Bakıda Prezident İlham Əliyevlə görüşündə dediklərini xatırladırıq: “Əla münasibətləri daha da dərinləşdirmək istəyirik. Bu gün imzala­yacağımız Anlaşma Memorandumuna nəzər salsaq, ... orada enerji sektorun­da etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir”. 

Azərbaycanın “etibarlı tərəfdaşlığı”­na beləmi cavab verirsiniz?! Qorxun, atdığınız daşların geri qayıdacağı gün­dən qorxun!..

Siyasət