6 ayda Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlə təmin etdiyi sahibkarlıq subyektlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artaraq 97-yə çatıb.
Maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artaraq 8,2 milyon manat təşkil edib. Ümumi güzəştli kredit məbləğinin 68 faizi sənaye, 20,3 faizi kənd təsərrüfatı istehsalı, 11,7 faizi isə xidmət sahələrinə yönəldilib.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri