“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada bitkiçilik, bağçılıq, bostançılıq və heyvandarlığın inkişafı əsas hədəflər sırasında yer alıb.
Hazırda muxtar respublikada 62 min iri, 415,6 min xırda heyvan, 566,5 min quş və 57, 6 min arı ailəsi bəslənir. İlin I yarısında kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 144 milyon manat təşkil edib ki, bunun da 99 milyon manatı heyvandarlıq məhsullarının payına düşüb. 6 ayda 15,3 min ton ət, 54 min ton süd, 62 milyon ədəd yumurta istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artım deməkdir.
Heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri də mühüm rol oynayır.
2021-ci ildən fəaliyyət göstərir Süni Mayalanma Mərkəzi və Aqrar Xidmətlər Mərkəzi məhsul istehsalını artırmağa önəmli elm- metodiki kömək göstərir.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri