Milli Məclisin Sədri ukraynalı həmkarını Azərbaycana dəvət etdi

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının Sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı iki ölkə parla­menti arasında əməkdaşlıq məsələləri mü­zakirə edilib, əlaqələrin hazırkı vəziyyətin­dən məmnunluq ifadə olunub.

Söhbətdə Azərbaycan-Ukrayna mü­nasibətlərinin hərtərəfli inkişafı fonunda parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları nəzərdən ke­çirilib, qarşılıqlı səfərlərin əhəmiyyəti vur­ğulanıb. Bu kontekstdə, Sahibə Qafarova Ruslan Stefançuku Azərbaycana səfərə dəvət edib. Telefon danışığı zamanı parla­mentlərarası əlaqələrin birgə səylərlə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşki­latlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

Son xəbərlər