Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 106-cı ildönümündə əvvəlcə Fəxri xiyabanda ulu öndər Hеydər Əliyеvin əziz xatirəsini dərin hörmətlə yad edərək məzarı önünə gül dəstələri qoyub.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, görkəmli оftalmоlоq-alim, akadеmik Zərifə Əliyеvanın xatirəsi də еhtiramla anılıb.
Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
***
Dünən Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. “Sərhədçi” Mədəniyyət Mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 106-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.
Prezident İlham Əliyevin 2025-ci il 16 avqust tarixli sərəncamları şəxsi heyətə elan olunub, zabitlərə ali hərbi rütbələr təqdim edilib, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndiriliblər.
Tədbirin rəsmi hissəsindən sonra şəxsi heyət Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Sərhədin 106 ili” filmi nümayiş olunub.
XQ