Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib

post-img

Ədliyyə Nazirliyinə edilən müra­ciətlərə operativ baxılması, vətəndaş məmnunluğunun artırılması, nazirli­yin fəaliyyət istiqamətləri üzrə vətən­daşları maraqlandıran məlumatların daha əlçatan olması məqsədilə 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşla­rın istifadəsinə verilib. 

Yenilənmiş mərkəz ən müasir texnoloji avadanlıqlarla, o cümlədən interaktiv səsli cavablandırma (IVR) sistemi, səsboğucu cihazlar, proqram təminatı, texniki və me­todiki vasitələrlə təchiz olunub. Mərkəz vətəndaşlara rəsmi iş günlərində saat 09:00-dan 18:00-dək xidmət göstərir.

Xatırladaq ki, mərkəzin fəaliyyəti ilə Ədliyyə naziri Fərid Əhmədov yerində ta­nış olub.

XQ

Son xəbərlər