Fransa azərbaycanlı uşaqları geri qaytaracaq

post-img

Azərbaycanın Fransadakı səfirliyi ölkə vətəndaşla­rı Məhəmməd Quliyev və Gültac Abdullayevanın üz­ləşdikləri vəziyyətlə bağlı məlumat yayıb. 

Məlumatda deyilir: “Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullaye­vanın 2 övladının qəyyumluğunun valideynlərdən alın­ması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı az­yaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlunun və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərə­finə geri qaytarılmasına razılıq verib. 

Həmin uşaqlar avqustun 18-də Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

Almaniyada dünyaya gələn iki azyaşlının valideyn-lərinə qaytarılması üçün bundan sonrakı mərhələdə bu ölkənin hüquqları müstəvisində müvafiq tədbirlər gö­rüləcək.

Hazırda həm Azərbaycanın müvafiq diplomatik nümayəndəliyi, həm də Diaspor ilə İş üzrə Dövlət Ko­mitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstərilə­cək.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələr­də belə hallarla üzləşdikləri zaman dərhal Azərbayca­nın bu ölkədəki səfirliyinə xəbər verilməsi xahiş edilir. Səfirliyin məsələ ilə bağlı əvvəlcədən məlumatlı olması vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuo­lunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır. 

XQ

Son xəbərlər