Messinin yeni rekordu

post-img

ABŞ-n “İnter Mayami” klubunda çıxış edən argentinalı Lionel Messi karyerasında 875 qol vu­raraq tarixi rekorda imza atıb.

Futbolçu “Los Anceles Qalaks” ilə MLS matçında ko­mandasının 2-ci qolunu vurmaqla 3:1 hesablı qələbədə pay sahibi olub.

Lionel Messi bu nailiyyəti tarixdə hamıdan tez –1116 matçda əldə edib. Qeyd edək ki, “Barselona”nın heyətində Messi onqat İspaniya çempionu, 7 dəfə İspaniya kubokunun qalibi olub, həmçinin 4 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. Ümumilikdə o, kataloniyalıların tərkibində bütün turnirlərdə 778 oyun keçirib, 672 qol vurub. Bundan əlavə, Messi 8 dəfə “Qızıl top”un sahibi olub.

Qabil YUSİFOĞLU
XQ

İdman